DGK xətti ilə büdcə daxilolmaları 18.1% artıb

Cari ilin yanvar- oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2 168.7 mln. manat vəsait daxil olub. DGK -nın statistikasına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük daxilolmalarında 18.1% artım müşahidə edilib.

Qeyd edək ki, bu ilin oktyabr ayında  DGK xətti ilə büdcəyə daxil olan vəsaitin 571.6 mln. manatını gömrük rüsumu ,  1 498.7 mln. manatını daxil olunan malların əlavə dəyər vergisi , 70.4 mln. manatını aksizlər üzrə , 28.9 mln. manatını isə yol vergisi təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır