Cari ildə 31 049 ipoteka müqaviləsi bağlanıb. Belə ki, bunlardan 5 778-i torpaq sahəsi, 14 516-sı mənzil, 7 313-ü fərdi yaşayış və bağ evləri, 3 442-si isə digərinə aid olub. 2017-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 17.9% artaraq 117.9% təşkil edib.
2017-ci ilin 10 ayı ərzində hüquqi və fiziki şəxslərə 127 226 məhdudiyyət arayışı verilib. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 20.9% artımın olduğu müşahidə edilib.
Bu ilin oktyabr ayının sonunadək 2 804 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Bundan başqa əhaliyə xidmətlə bağlı 43 126 digər müxtəlif məzmunlu arayışlar verilib.
Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlığın, optimallığın artırılması, bu sahədə yeniliklərin tətbiqi istiqamətində də işlərini davam etdirib.
Cari ildə Komitə bu sahədə “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətlərini istifadəyə verib. Bundan başqa “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Elektron çıxarış sistemi” də vətəndaşlara xidmət göstərir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən biri “Kütləvi çıxarış” kampaniyasıdır. Cari ildə kampaniyanın əhatə dairəsi daha da genişlənib. “Kütləvi çıxarış” kampaniyası birbaşa ünvanlarla yanaşı iş yerlərində, o cümlədən vətəndaşların kənd təsərrüfatı ilə məşğul olduğu sahələrdə, əkin yerlərində, ucqar kənd yerlərində təşkil edilib. Keçirilmiş 18 kampaniyanın 4-ü paytaxt rayonlarında, 14-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə yanvar-oktyabr ayları ərzində vətəndaşlardan 61 243 müraciət qəbul olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.4% artıb.