2017-ci ilin 10 ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə məlumat verilib. Belə ki, 10 ay ərzində dünyanın 66 ölkəsindən 397.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2017-ci ilin yanvar-oktyabr ayları üçün sayında məlumat verilib.
Qeyd edək ki, Azexport.az portalına 2017-ci ilin oktyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 41.5 milyon ABŞ dolları təşkil edib. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19.2 %) ilə yanaşı, Türkiyənin (6%), Ukraynanın (5.7%), Hindistanın (4.8%) və ABŞ-ın (4.2%) adı vardır. Oktyabr ayında İsrail, Myanma kimi yeni ölkələrdən ixrac sifarişi daxil olub.