17 noyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin icrası üzrə tərəfdaş ölkələrin mütəxəssislərindən ibarət ekspert qrupu 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 18 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.