21 noyabr tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlak hərracı keçirilib. Hərracda 18 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir.
Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımtikili özəlləşdirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 1-i Bakının Nəsimi rayonunda, 2-si Yardımlı rayonunda, digərləri isə Gəncə və Şəmkir şəhərində yerləşir. Hərracda sahibini tapan əmlaklar xidmət, səhiyyə, iaşə sahəsinə aid olub.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Özəlləşdirilən əmlakların sahəsi 13 kv.m ilə 145 kv.m arasında dəyişir.
Qeyd edək ki, hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir.