“Fruit Logistica 2018” sərgisində iştirak üçün müraciət müddəti uzadılır

Almaniyanın Berlin şəhərində 7 – 9 fevral 2018-ci il tarixlərində keçiriləcək “Fruit Logistica 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulu 4 dekabr 2017-ci il tarixinədək uzadılır.

Vahid ölkə stendində maksimum 15 şirkət iştirak edə bilər.

İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).

Qeyd edək ki, sərgidə iştirak haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır