“PAŞA Bank ” “Şəffaf vergi tərəfdaşı” adına layiq görülüb

“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu ada layiq görülmək Bankın Azərbaycan bazarında və regional miqyasda şəffaf maliyyə fəaliyyətinin həyata keçirilməsinə olan sadiqliyi ilə tam uyğunluq təşkil edir.

“İqtisadi islahatların aparılması və ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması bazarda şəffaflıq prinsiplərinə əməl etmədən mümkün olmazdı. Bu baxımdan, “Şəffaf vergi tərəfdaşlığı” aktual və vaxtında müəyyən edilmiş təşəbbüsdür və vergi ödəyiciləri ilə tənzimləyici orqanlar arasında tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir, bu isə nəticədə Azərbaycan iqtisadiyyatının potensialının artırılmasına müsbət təsir göstərir – deyə T. Kazımov bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır