“Azərpoçt”un rəhbəri işdən çıxıb

“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb. Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq baş direktorun müavini Sübhan Kazımova həvalə olunub.

Xatırladaq ki, Ü.Mansurov “Azərpoçt” MMC-dən öncə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır