Azərbaycan Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri olub

14 noyabr 2017-ci il tarixlində Brüsseldə Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının (EEMA) təşkilatıçılığı və Avropa Komissiyasının dəstəyilə  19-cu beynəlxalq “The Future of Digital Security and Trust – ISSE 2017” konfransı və sərgisi keçirilib.

Konfrans çərçivəsində Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI – Global Alliance for National Mobile Identities) yaradıldığı elan edilib. Qlobal İttifaq mobil elektron identitetlərin milli operatorları və ya mobil imzalardan ibarət olacaq.

İttifaqın məqsədi bu sahədə artıq işlənib hazırlanan standartları tətbiq etmək, uyğun həllərin inkişafı və bütün dünyada təchizatçıların seçilməsini genişləndirmək üçün onları bu proseslərə uyğunlaşdırmaqdan  ibarətdir.

“Asan İmza”nın bu İttifaqda iştirakı mobil imza texnologiyasını istifadə edən bütün ölkələr, o cümlədən Azərbaycan texnologiyası üçün böyük perspektivlər açır. Bura “Asan İmza” mobil elektron imzanın milli identifikasiya sisteminin vahid API GANMI vasitəsilə rəqəmsal xidmətlərin qlobal təchizatçıları ilə inteqrasiyası da daxildir. Bu, eyni zamanda Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq etmək imkanı verir. Əsas məqsəd isə 2030-cu ilə qədər bütün istifadəçiləri elektron şəxsiyyət vəsiqəsilə təmin etmək, ölkələr arasında rəqəmsal identikliyin qarşılıqlı tanınması və istifadəsi üçün vahid platformanı yaratmaq və Mobil İdentitet vasitəsilə transsərhəd xidmətlərin işlənib hazırlanması sahəsində işləri davam etdirmək məqsədinə nail olmaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır