Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən bütün hərraclar tam elektronlaşdırılıb.
Bu məqsədlə, 6 dekabr tarixində saat 10:30-da “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: rasionallıq və şəffaflıq” mövzusunda İctimai Təqdimat keçiriləcək. Tədbirdə “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olacaq və bu proses əyani nümayiş etdiriləcək.