Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə müraciətlər 13% çoxalıb

2017-ci ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 644 710 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,2 % çoxdur.

O cümlədən, ötən ay müraciətlərin sayı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti üzrə 31,8 % artaraq 250 557-yə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti üzrə 50 % artaraq 20 311-ə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti üzrə 13,8 % artaraq 27 496-ya, “Sığortaolunanın onlayn uçota alınması” e-xidməti üzrə 57 % artaraq 18 941-ə çatıb.

Ümumilikdə, əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə böyük sosial tələbin və ictimai marağın göstəricisi kimi, ötən dövrdə həmin e-xidmətlərə 22 milyon 200 min dəfə müraciət olunub ki, bu da “Elektron hökumət” portalına ümumi müraciətlərin 38 %-ni təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır