Ölkənin ilk rəsmi naviqasiya sistemi 220 mindən çox istifadəçi tərəfindən yüklənilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir texnologiyaların tətbiqi ilə hazırlanan “AzNav” 01.01.2017-ci il tarixindən – ölkənin ilk rəsmi Naviqasiya Sistemi əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında və marşrutun müəyyən olunmasında maraqlı olan digər tərəflərin istifadəsinə verilib.

GPS naviqasiya sistemi “Aznav” Ünvan Reyestri İnformasiya Sistemi-nin (ÜRİS) məlumatları əsasında hazırlanıb. “Naviqasiya Sistemindən istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür.

 

Aznav 01.01.2017-ci il tarixindən 220000-dən çox istifadəçi tərəfindən yüklənilib.

 

Ölkənin ilk rəsmi Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759 min 227 bina və tikili, 77 min 972 maraq nöqtəsi POI (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır