Dövlət Statistika Komitəsinin əməkdaşları Ankarada keçirilən metaməlumatlara dair təlimdə iştirak ediblər

7-8 dekabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində keçirilmiş metaməlumatlara dair təlimdə iştirak ediblər.

Türkiyə Statistika Qurumunun Ankara şəhərində yerləşən inzibati binasında baş tutan təlimdə əsas məqsəd Türkiyə Statistika Qurumunun metaməlumatlar və təsnifatlar sistemi ilə ətraflı tanışlıq və cari vəziyyətin öyrənilməsi, Statistik Biznes-Prosesin Ümumi Modelinin (GSBPM) tətbiqi, həmçinin iş yükünün təhlili və xərclərin uçotu sahəsində əldə etdiyi təcrübənin öyrənilməsidir.

2 gün davam edən təlimdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində keyfiyyəti idarəetmə sisteminin qurulması, metaməlumatlar və təsnifatlar sisteminin mövcud vəziyyəti, qarşıda duran gələcək addımlar barədə turkiyəli həmkarlara ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır