Azərbaycan Respublikası Mərkəzi Bankına daha bir baş direktor təyin edilib.
Belə ki, Vüqar Ramin oğlu Əhmədov Mərkəzi Bankın baş direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsində, 2010-2013-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, daha sonra isə həmin departamentin direktoru vəzifələrində işləyib.
2013-2017-ci illərdə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.