12 noyabr tarixində 25 min Bitcoinlə bir dəfəyə 159 milyon dollarlıq əməliyyat reallaşdırılıb.
Bu xəbərin qısa vaxt ərzində hər yerə yayıldığı bir dövrdə Bitcoin investorları da həmin şəxsin əlindəki Bitcoinləri satıb satmayacağını müzakirə edirlər.
Rəqəmsal pul bazarında əlində yüksək miqdarda Bitcoin olana “balina” deyir. Bu cür insanların əlindəki Bitcoinlərin yalnız bir hissəsini satması belə qiymətlərin düşməsi üçün kifayət edir. Bu səbəbdən də “balina”lar investorlar üçün “narahatlıq” ünsürləridirlər.
Mərkəzi ABŞ olan investisiya firması ” AQR Capital Management”in Maliyyə Bazarlarının Araşdırılması müdiri Aaron Brownun fikrincə bazardakı Bitcoinlərin 40%-i 1 000 nəfərin əlindədir və bu insanlar əlindəki rəqəmsal pul vahidlərinin yarısını satmaq istəyə bilərlər. Nəticədə isə bazara xeyli təsir göstərə bilərlər.