Beynəlxalq maliyyə jurnalı “The Banker” tərəfindən Londonda 18-ci “İlin Bankı” mükafatının təltif edilməsi mərasimi keçirilib. Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” ölkədən bu nüfuzlu mükafatın qalibi olub.
Bu il bu mükafat dünyanın 140-dan çox ölkəsindən aparıcı banklara təltif edilib. “PAŞA Bank” ilə yanaşı bu mükafat “Raiffeisen Bank”, “Societe Generale”, “BNP Paribas” və s. bu kimi beynəlxalq maliyyə təşkilatlarına da təltif edilib.
“PAŞA Bank”ın İdarə heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə belə bir nüfuzlu beynəlxalq mükafatın alınması ilk növbədə Bankın güclü maliyyə təşkilatı kimi tanınmasının təzahürüdür.