Depozit hərracında tələb 292,50 mln. manat olub

11.12.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracı keçirilib.

Hərracda tələb 292,50 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,68% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır