2017-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1517,8 min nəfər olub, onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 639,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 21,8%-i təhsil, 19,2 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 %-i tikinti, 4,7 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 3,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışıblar .
Qeyd edək ki, muzdla çalışan işçilərin 1,6 %-i maliyyə və sığorta fəaliyyəti, 10,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.