52 yaşayış məntəqəsi qazla təmin edilib

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində 1336.4 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 204.4 km qaz kəməri əsaslı təmir olunub.

Qeyd edək ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz, Biləsuvar, Astara, Cəlilabad və Masallı rayonları üzrə 52 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır