“Unibank”ın müştərisi niyə bankın tarixinə düşüb?

Unibank-ın müştərisi Azad Quluzadə “günün adamı” olub.

Belə ki, Azad Quluzadə Unibank Mobile-ın 100.000-ci müştərisi olduğu üçün bankın tarixinə düşdü: “Mən əvvəl başqa bir bankın mobil əlavəsini istifadə edirdim. Amma çox rahat deyildi və təhlükəsizlik səviyyəsi də məni qane etmirdi. Unibank Mobile-ı rahatlığı, xidmətlərinin genişliyi və təhlükəsizliyinə görə seçdim. Asan və çoxfunksiyalı olmağı xoşuma gəlir. Yeni qoşulsam da, artıq kommunal ödənişləri Unibank Mobile-la edirəm, hətta mobil telefonumun, ailə üzvlərimin mobil balansını da bununla artırıram. Ən vacib hesab etdiyim təhlükəsiziliyidir”.

Azad Quluzadənin iş yoldaşlarının çoxu Unibank Mobile-dan istifadə edir: “Bizim işimiz elədir ki, davamlı işinin başında olmalısan. Bu xidmətləri bankomatda ya bank filialında həyata keçirmək əlavə zaman itkisidir. Unibank Mobile-la isə həm zamana qənaət edirsən, həm də Unibank Mobile-da edilən əməliyyatlar bonus qazandırır. Bu bonusları istədiyin hədiyyəyə çevirmək imkanı da Unibank Mobile-ın üstünlüklərindən biridir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır