Zərdabda sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Zərdabda sahibkarlar üçün treninq keçirilib.

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsinə töhfə vermək məqsədilə keçirilən treninq ixrac sahəsində güzəştlər, ekoloji təmiz kənd təsərrüfatı, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması və əmək münasibətlərinin tənzimlənməsi mövzularını əhatə edib.

Tədbirdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır