ƏMDK-nın növbəti hərracı keçirilib

19 dekabrda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və nəqliyyat vasitələri olub. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir.

Bu dəfə ki hərracda da özəlləşən Yardımçı təsərrüfat da sərmayəçi üçün mənfəətli əmlakdır. Bakının Sabunçu rayonunda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 3 min kv.m-ə yaxın, torpaq sahəsi isə 60 min kv.m dən çoxdur. Qeyd edilməlidir ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlif olur. Belə avtomobillər Avropa, Yaponiya, Koreya və digər ölkələrin istehsalı olmaqla alıcılar üçün seçim imkanını artırır. Bu dəfə ki hərracda da özəlləşən nəqliyyat vasitəsi Rusiya istehsalı olan QAZ-3307 markalı avtomobil olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır