SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
”Qarabağ” yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılıb.
SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk tərəfindən şirkətlər arasında perspektivli tərəfaşlığın əsas müddəaları haqqında iki müqavilə imzalanıb. İmzalanan sənədlər Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarını, habelə “Qarabağ” neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəalarını əhatə edir.