2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr  tarixli 18 nömrəli qərarı qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

2018-ci ilin İş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli  qərarına  əsasən 2018-ci ildə  1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü,  8  Mart– Qadınlar günü, 20, 21, 22,  23, 24 mart –Novruz bayramı,  9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü,  15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş  günü,  15,16 iyun – Ramazan  bayramı,  26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü,  22, 23 avqust – Qurban bayramı, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və  31 Dekabr – Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü iş günü hesab edilmir.

Qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təşkil edir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır