“Bitcoin” gözlənilməz şəkildə 20 min dollar sərhəddini aşdıqdan sonra, əhəmmiyətli olan virtual pul son bir neçə gündə ucuzlaşmağa başlayıb.
Belə ki, “Bitcoin” virtual valyutasının beş günlük zərəri 18.45 faiz olub. Bugün “Bitcoin” ilə 2.56% aşağı səviyyədə gündəlik əməliyyat aparılıb.
Bazar analitiki Mati Greenspan dolların məzənnəsinin artması və yenin məzənnəsinin azalmasına diqqəti çəkərək, “Satış dalğasına Qərb səbəb olur”,- deyə bildirib. Greenspan qeyd edib ki, “virtual pullarda son yüksəliş o qədər kəskin olub ki, investorlar getdikcə nağd ödənişlərə geri qayıtmağa meyl ediblər”.