“Yapı Kredi”nin Baş direktoru vəzifəsindən ayrılır

“Yapı Kredi” Müşahidə Şurası, 2009-cu ilin May ayından etibarən Yapı Kredi Baş Direktoru və İdarə Heyətinin Sədri vəzifəsini tutan cənab Faik Açıkalının 29 Dekabr 2017 tarixindən təqaüdə ayrılacağını və 15 Yanvar 2018 etibarilə Yapı Kredi Baş Direktoru, İdarə Heyətinin Sədri vəzəfisini cənab Gökhan Ürünün davam etdirəcəyini açıqlayıb. Cənab Gökhan Ürün-ün Yapı Kredi İdarə Heyətinin Sədri olaraq təyin edilməsi ilə bağlı müvafiq qurumlara müraciət ünvanlanacaq təsdiq alındıqdan sonra öz vəzifəsini icra edəcək. Buna qədər isə müvaqqəti olaraq qeyd edilən vəzifəni Cənab Nicollo Ubertalli vəkalət edəcək.

“Koç Holding” Müşahidə Şurasının Sədrinin Müavini, Yapı Kredi Müşahidə Şurasının Sədri cənab Ali Y. Koç vəzifə dəyişikliyi ilə bağlı etdiyi açıqlamasında uzun illərdir Yapı Kredidə davam etdirdiyi uğurlu çalışmaları və liderliyi üçün Cənab Faik Açıkalına təşəkkür etdiyini bildirib: “Yapı Kredi son illərdə güclü maliyyə performansından əlavə, xüsusilə rəqəmsal bankçılıq istiqamətində ciddi sərmayələr etdi və həyata keçirdiyi yenilikçi çalışmaları ilə rəqəmsal bankçılığa istiqamət verdi. Faik bəyə 2009-cu ildən bu günə kimi bankımıza göstərdiyi xidmətləri və töhfələri üçün təşəkkür edirəm. Faik Açıkalının yerinə təyin edilən Gökhan Ürün də bankçılıq sektorunda uzun illərə dayanan təcrübəsi ilə bankımızı daha da böyük uğurlara daşıyacağına və ölkə iqtisadiyyatına töhfələr verəcəyinə ürəkdən inanıram.”

Cənab Gökhan Ürün İstanbul Texniki Universitetinin Elektronik və Xəbərləşmə Fakultəsində bakalavr dərəcəsini aldıqdan sonra Yeditəpə Universitetində İqtisadiyyat üzrə Magistr pilləsindən məzun olub. 1994-cü ildə Türkiyənin Garanti Bankında Xəzinə departamentində iş həyatına başlayıb və 1994-2000 ci illər arasında Korpoativ Marketinq Bölməsinin rəhbəri təyin olunub. 2004-cü ildə “Garanti Emeklilik ve Hayat” A.Ş-də İdarə Heyətinin Sədri vəzifəsini icra edib və 1 Sentyabr 2005-ci ildən etibarən Garanti Bankının İdarə Heyətinin Sədrinin Müavini vəzifəsini icra edib. 2 Sentyabr 2015-ci ildən etibarən Garanti Bankının İdarə Heyətinin Sədrinin müavini vəzifəsilə bərabər, eyni zamanda Garanti Bank İnternational N.V-də Müşahidə Şurasının Sədri, “Garantı Yatırım ve Menkul Kıymetler A.Ş”-də Müşahidə Şurası Sədrinin Müavini və Garant Bank Rumuniya SA-da Müşahidə şurasının üzvü olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır