Beynəlxalq Maliyyə İnstitutunun məlumatına görə, qlobal borc 2017-ci ilin III rübündə 233 trilyon dollara çatıb və bu rekord səviyyədir.
III rübdə qlobal borc 2016-cı ilin sonuna görə 16 trilyon dollar artıb.
İnkişaf etməkdə olan bazarlar içərisində ən yüksək borclanma Çində olub. Lakin Çinin borc artımı sürəti azalıb. Belə ki, 2012-2016-cı illərdə illik 17% olan borc artımı sürəti 2017-ci ildə 2% səviyyəsinə qədər enib.