Vegilər Nazirliyi vergi ödəyicilərinə güzəşt edib

Vegilər Nazirliyi sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən verilən hesabatın müddətini uzadıb. BBN. az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2017-ci ilin 4-cü rübünə görə Sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci ilin yanvar ayının 22-dən (yanvarın 20-si və 21-i qeyri-iş günü olduğuna görə) gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Belə ki, bəyannamə internet vasitəsi ilə elektron formada və ya kağız daşıyıcıda tərtib olunaraq poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər. Vaxt, tərtib edilmə və resurslara qənaət baxımından bəyannamənin internet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olub, onlayn tərtib edilməklə göndərilməsi daha əlverişlidir.

Bunun üçün isə gücləndirilmiş elektron imza, o cümlədən Asan İmza və ya vergi orqanından əldə edilmiş istifadəçi kodu, parol və şifrə tələb olunur. Hazırda vergi ödəyicilərinin mütləq əksəriyyəti elektron sənəd mübadiləsinə qoşulub.

 

 

Sadələşdirilmiş verginin bəyannaməsinin və onun əlavələrinin tərtib edilmə qaydası barədə ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytının “Faydalı” bölməsinin “Sadələşdirilmiş verginin ödəyiciləri üçün Praktiki Vəsait” alt bölməsində və Vergilər Nazirliyinin YouTube video-hostinqindəki kanalında yerləşdirilmiş video təlimatlar ilə tanış ola bilərsiniz.

(https://www.youtube.com/watch?v=3nIeIrGgdP0&feature=youtu.be)

(https://www.youtube.com/watch?v=nIdnufbA2KQ).

Qeyd edək ki, hər hansı səbəbdən byannamənin elektron formada göndərilməsi mümkün olmadıqda bəyannamə forması Nazirliyin rəsmi internet saytının “Bəyannamə” bölməsindən əldə etməklə kağız daşıyıcıda tərtib edilərək poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır