Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla ləğv prosesində olan “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.
Bununla əlaqədar olaraq, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “DəmirBank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirib ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “DəmirBank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablar, nağd qaydada isə ləğv prosesində olan “DəmirBank” ASC-nin baş ofisi və filial şəbəkəsi və “DəmirPay” ödəniş terminalları vasitəsilə edə bilərlər.
Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:
LPO “DəmirBank” ASC, VÖEN | 9900001471 |
Mərkəzi Bank, VÖEN | 9900071001 |
SWIFT.BIK (AZN) | NABZAZ2C |
SWIFT.BIK (valyuta) | NABZAZ2X |
Kod | 501004 |
Müxbir hesab AZN | AZ74NABZ01451700000000001944 |
Hesablaşma hesabı AZN | AZ78NABZ01350100000000054944 |
Müxbir hesab EUR | AZ97NABZ01452800000000003954 |
Hesablaşma hesabı EUR | AZ89NABZ01350200000000055954 |
Müxbir hesab USD | AZ32NABZ01452800000000007840 |
Hesablaşma hesabı USD | AZ92NABZ01350200000000057840 |
Müxbir hesab GBP | AZ90NABZ01452800000000005826 |
Hesablaşma hesabı GBP | AZ84NABZ01350200000000017826 |