“Petkim” avrobond emissiyasının yerləşdirilməsinə başlayır

“Petkim Holding”  İrlandiya fond birjasında yerləşdirilməsi planlaşdırılan avrobond sifarişlərinin toplanmasını tamamlayıb. BBN.az KAP-a (Kamuyu Aydınlatma Platformu) istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Goldman Sachs International, J.P. Morgan Securities Plc, Citigroup Qlobal Markets Limited, Societe Generale və VTB Capital Plc. səlahiyyətləndirilib.

Belə ki, istiqrazlar 26 yanvar 2023-cü il tarixli ödəmə ilə illik 500 mln. dollar, illik faiz dərəcəsi  5.875 %  və nominal dəyərinin 99.467 -% i qədər  olan qiymətlə satışa çıxarılacaq.

Qeyd edək ki, faizlər 26 iyul 2018-ci ildən etibarən müvafiq olaraq 6 ayda bir dəfə olmaqla, 26 iyul və 26 yanvarda veriləcək

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır