İlham Əliyev “Mastercard”ın idarə heyətinin üzvü ilə görüşüb

Prezident İlham Əliyev Davosda “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə görüşüb.

Tim Mörfi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində elektron ticarətin və elektron ödənişlərin inkişafı ilə bağlı tədbirlərdə “Mastercard” şirkətinin də iştirak etdiyini və müxtəlif layihələr reallaşdırdığını məmnunluqla bildirib. Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Mastercard”dan geniş istifadə edildiyini deyən Tim Mörfi Mərkəzi Bankla, həmçinin digər bank və ödəniş sistemləri ilə əməkdaşlığın uğurlu olduğunu vurğulayıb.

Prezident İlham Əliyev son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması barədə müvafiq orqanlar qarşısında vəzifələr qoyulduğunu bildirib. Dövlətimizin başçısı bu layihələrdə “Mastercard”ın yaxından iştirak etməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır