İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

BBN.az xəbər verir ki, görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır