“Bitcoin sadəcə maraqlı bir təcrübədir”

Nobel mükafatlı iqtisadçı Robert Şiller “Bitcoin”i maliyyə sisteminin gələcəyi olaraq deyil, sadəcə “maraqlı bir təcrübə” olaraq xarakterizə edib.

BBN.az xəbər verir ki,  Davosda kripto pullarla bağlı bir müzakirədə danışan Şiller “”Bitcoin” həqiqətən parlaq bir fikirdir, mən onun texnologiyasından təsirlənirəm, amma bu texnologiyanın başqa bir şey üçün olduğunu düşünürəm” – deyə bildirib.

Həmçinin Şiller bildirib ki, “Bitcoin” bizim həyatımızın davamlı bir xüsusiyyəti deyil, maraqlı bir təcrübədir. “Bitcoin”ə çox diqqət ayırırıq. Bunu digər tətbiqlərə malik olan blockchain texnologiyasına tətbiq edib genişləndirməliyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır