Moskva Birjasında lirə dövrü başlayıb

Moskva Birjası Türk lirəsi ilə əməliyyatlara başladığını açıqlayıb.

Birjadan verilən yazılı açıqlamada Türk lirəsi ilə əməliyyatlara başlandığını və ilk gündən təxminən 1.5 milyon rubl dəyərində əməliyyat aparıldığını bildirilib.

Moskva Birjasının Pul və “Forex” bazarları Departamentinin müdiri İqor Mariç hesab edir ki, “Forex” bazarı istiqamətində maliyyə alətlərinin inkişaf etdirilməsi, Rusiya ilə Türkiyə arasında ticarət fəaliyyəti həyata keçirən iş adamları üçün yeni imkanlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır