Gəncədə treninq keçirilib

Yanvarın 27-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə əlillər üçün treninq keçirilib.

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili və s. barədə məlumat verilib.

Bununla yanaşı, tədbirdə qadınlar üçün biznes inkubatorların yaradılması geniş təşviq edilib, iştirakçılar biznes inkubatorların əhəmiyyəti, biznes inkubatorlarda tətbiq olunan güzəştlər, dövlət dəstəyi mexanizmləri və s. barədə ətraflı məlumatlandırılıb. Treninqdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır