31 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100567S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BBN.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 98.9754 AZN (13.31%) və 99.2278 AZN (10.01%) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 416 790 100,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN, orta ölçülmüş qiyməti 99.2278 AZN müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil edib.
Qeyd edək ki, Notların ödəmə tarixi 28.02.2018-ci ildir.