DəmirBank-ın sığortalanan əmanətləri bu tarixdən etibarən qaytarılacaq

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, DəmirBank-da qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində “Kapital Bank” seçilib.

Lisenziyası ləğv edilən DəmirBank-ın sığortalanan əmanətləri 1 fevral 2018-ci il tarixindən başlayaraq, Kapital Bank-ın bu filiallarında qaytarılacaq: Nərimanov, 28 may, Cəfər Cabbarlı, Nizami, Bakıxanov, Binəqədi, Şuşa, Qubadlı, Gəncə, Şəmkir, Bərdə, Yevlax, Göyçay, Ağdaş, Lənkəran, Masallı, Quba, Qusar, Şamaxı, Ağsu, İmişli, Sabirabad, Beyləqan, Şəki, Zaqatala və Qazax.

Qeyd edək ki, sığortalanan əmanətlərin sahibləri 1 il ərzində (1 fevral 2019-cu ilədək) yuxarıda qeyd olunan filiallara gəlib, rahat və təhlükəsiz şəkildə əmanətlərini əldə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır