Trump rəhbərliyindən 4.4 trilyon dollarlıq təklif

Trump rəhbərliyi 2019 maliyyə ilinə dair 4.4 trilyon dollarlıq büdcə əlavəsini Konqresə təqdim edib.

“Səmərəli, Təsirli: Bir Amerikan Büdcəsi” başlığı ilə 160 səhifəlik büdcə təklifində ABŞ Müdafiə Nazirliyi 686 milyard dollarla ən çox maliyyələşdirməni təmin edib. Digər nazirliklərə bu rəqəmin 1/10-dən daha az büdcə təsis edilməsi diqqəti çəkib.

Pentaqon və Daxili Təhlükəsizlik nazirlikləri xaric olmaqla bütün nazirliklərin xərclərinin azaldılmasını nəzərdə tutan büdcə təklifindəki rəqəmlərə görə, Səhiyyə Nazirliyinə 68 milyard dollar, Təhsil Nazirliyinə 60 milyard dollar, Daxili Təhlükəsizlik Nazirliyi 46 milyard dollar, Mənzil və Urbanizasiya Nazirliyinə 39 milyard dollar və Xarici İşlər Nazirliyi 26 milyard dollar ayrılması tələb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır