2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları 5% artıb

2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52733,2 min ton, yük dövriyyəsi isə 11427,3 milyon ton-km olub.

Yüklərin 32235,7 min tonu və ya 61,1 %-i avtomobil nəqliyyatı, 13074,2 min tonu və ya 24,8 %-i dəmir yolu nəqliyyatı, 7423,3 min tonu və ya 14,1 %-i dəniz nəqliyyatı ilə daşınıb.

2016-cı illə müqayisədə dəhliz vasitəsilə daşınan yüklərin həcmində 4,8 % artım müşahidə edilib. Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 %-ni və ya 10186,6 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır