Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: misal üçün, tərəflərdən birinin təşəbbüsü olarsa, əmək müqaviləsinin müddəti bitərsə, tərəflərin iradəsindən asılı olmayan hallar olarsa və s.
Əmək müqaviləsi işəgötürən tərəfindən bir sıra əsaslarla da ləğv edilə bilər. Müəssisə ləğv olunarsa, işçilərin sayı və ya ştatları ixtisar edilərsə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməzsə, habelə Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozarsa və s. kimi hallarda işəgötürən əmək müqaviləsini ləğv etmək səlahiyyətinə malikdir.
Əmək müqaviləsinə xitam verilməsi “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.