Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

20 fevral 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət istiqrazının növü Diskontlu, qısamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0104002685
Emissiya həcmi 35 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 364 gün
Faiz gəliri 11%
Ödəmə tarixi 19.02.2019
Anderrayter Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır