Yanvarda ixrac əməliyyatlarının həcmi nə qədər olub?

2018-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixrac əməliyyatlarının həcmi 1 038,7 mln. dollar təşkil edib.

BBN.az xəbər verir ki, ixrac əməliyyatlarının həcmində dövlət sektorunun payı 942,9 mln. dollar , özəl sektorun payı isə 92,6 mln. dollar olub.

Qeyd edək ki, ixrac əməliyyatlarının ümumi həcminin 122,8 mln. dolları qeyri-neft sektorunun payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır