Növbəti əmlak hərracı keçirilib

20 fevral tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac  keçirilib.

BBN.az xəbər verir ki, budəfəki hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 2-si kiçik dövlət müəssisəsi, 3-ü isə qeyri-yaşayış sahəsi olub.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu və Mərdəkan rayonlarında yerləşir. Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan ikisi Bakının Suraxanı və Nəsimi rayonunda, digəri isə Şabran şəhərində yerləşir. Səhmdar cəmiyyəti üzrə özəlləşən əmlak isə Gülşən Ətir ASC-dir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac fevralın 27-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb. Özəlləşməyə çıxarılan 74 əmlaklardan 23-ü səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisəsi, 25-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır