Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi ÖTSP-nın sədri Adham İkramov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.
Görüşdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Azərbaycanın Özbəkistan Respublikasında fövqaladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, “Uzstroymaterialı” Səhmdar Şirkətinin sədri Botir Zaripov, “Tashkent City” Unitar Müəssisəsinin direktoru Caxongir Artıkxocayev, “Uzkimyesanoat” Səhmdar Cəmiyyətinin sədr müavini Dmitriy Pak, Özbəkistanın investisiyalar üzrə Dövlət Komitəsinin sədr müavini Laziz Kudratov, “Uzbekneftqaz”, “Navruz International Corp”, “Middle Asia Rotoplast” şirkətlərinin nümayəndələri və azərbaycanlı sahibkarlar iştirak ediblər.
İmzalanma mərasimindən əvvəl Daşkənddə səfərdə olan Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti Özbəkistan – Azərbaycan biznes forumunda iştirak ediblər.