İpoteka və Kredit Zəmanət Fondu satınalma elan edir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet saytının yaradılmasına dair xidmətin satın alınması ilə bağlı xidmət təkliflərinin cəlb olunmasına başlanılıb.

BBN.az xəbər verir ki, satınalma üzrə prosedurlar 12 aprel 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

Xidmət təklifləri sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.

Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilib. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalma üzrə ilkin sənədlər 02 aprel 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 11 aprel 2018-ci iltarixinədək qəbul ediləcək.

Qeyd edək ki, satınalma haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır