BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli valyutada verilən nağd istehlak kreditlərinin faiz dərəcələri təqdim edilib.
Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 15-32% aralığında müəyyən edilib. Banklar içərisində verilən kreditin ən yüksək faiz dərəcəsi 30-32%-lə “Bank BTB ASC”-yə, ən aşağı faiz dərəcəsi isə 15-27%-lik göstərici ilə “AGBank ASC” –yə məxsusdur.
Qeyd edək ki, “Turan Bank ASC-də 3 növ istehlak kreditləri vardır: kiçik,orta və iri həcmli istehlak kreditləri. Kiçik həcmli istehlak kreditləri aşağıdakı cədvəldə verilib. Orta həcmli istehlak kreditlərinin maksimum müddəti 36 aydır və bu müddətdə verilən kreditin ən yüksək məbləği 100000 manat olmaqla 21-24 faiz arasında dəyişib. İri həcmli istehlak kreditləri isə 18-21 faizlə, maksimum 500000 manat olmaqla 42 aya müştərilərə təklif edilib.
“UniBank ASC” –də təkrar müştərilər və əmək haqqını Unibank kartları ilə alan müştərilər üçün faiz dərəcəsi 23% olub.
Paşa bankda isə istehlak krediti yalnız həmin bankdan əmək haqqı alan kart sahiblərinə verilir.
Nağd kreditlər |
|||||
Bankın adı | İllik faiz (%) | Məbləğ (manatla) | Müddət
(ay) |
Komisiya haqqı (%) |
Məhsulun adı |
AccessBank QSC |
29 | 500-20000 | 6-24 | 1 | Nağd kredit |
AFB Bank ASC | 28 | 500-10000 | 24 | 1 | |
AGBank ASC |
15-27 | 300-10000 | 3-36 | 1 | Nağd pul krediti |
Amrahbank ASC | 24-29 | 300-10000 | 3-36 | 0 | |
AtaBank ASC |
22-24 | Mak 10000 | 48 | 1 | Ekspress |
Azər Türk Bank ASC | 26-29 | Mak 15000 | 36 | 1 | |
Azərbaycan Sənaye Bankı ASC |
27 | 500 | 36 | – | Nağd pul krediti |
Bank Avrasiya ASC | 25 | 500-5000 | 18 | 0.5 | |
Bank BTB ASC |
30-32 | 300-10000 | 3-36 | 1 | Nağd pul krediti |
Bank of Baku ASC | 27-32 | 300-10000 | 3-36 | 1 | |
Bank Respublika ASC |
26 | 500-10000 | 36 | 1 | Nağd pul krediti |
Bank VTB (Azərbaycan)ASC | 28 | 300-10000 | 6-36 | 1 | |
Expressbank ASC |
27-28 | 300-15000 | 3-36 | – | “Asan” kredit |
Günay Bank ASC | 24 | 200-2000 | 12 | 1 | |
Kapital Bank ASC |
29,84 | 300-20000 | 3-48 | – | Gündəlik tələbat krediti |
Naxçıvan Bank | 17-18 | Mak 20000 | 3-18 | – | |
NBCBank ASC |
24-29 | Mak 10000 | 36 | 2-3 | Pul krediti |
NİKOYL Bank İKB ASC | 25 | 500- 30000 | 6-36 | 1 | |
PAŞA Bank ASC |
|||||
Rabitəbank ASC | 26-30 | 300-5000 | 3-24 | 1 | |
Silk Vey Bank ASC |
25 | 5000 | 12 | 1 | İstehlak krediti |
TuranBank ASC | 29 | 5000 | 18 | 1 | |
Unibank KB ASC |
28 | 300-15000 | 36 | – | Siftə krediti |
Yapı Kredi Bank Azərbaycan QSC | 26 | Minimum məbləğ 300 | 6-36 | – | |
Ziraat Bank Azərbaycan ASC |
– | 15000 | 36 | – |