SKMF bu il sahibkarlara 19,2 milyon manat güzəştli kredit verib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib.

BBN.az xəbər verir ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152,5 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 19,2 milyon manat güzəştli kredit verilib.

Bildirilib ki, turizmin inkişafı ilə əlaqədar indiyədək ümumilikdə 190-a yaxın sahibkara 41,4 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırıması 4500-dək yeni iş yerinin açılmasına imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır