“Lacoste” loqosunu dəyişdirib

Dünyaca məşhur Fransız geyim markası “Locoste” öz loqosunu dəyişdirmək qərarını verib.

Belə ki, şirkət nəsli tükənməkdə olan heyvanları diqqət çəkmək məqsədilə geyimlərin üzərindəki timsah yerinə bu heyvanların loqosunu yerləşdirəcək. Məhdud sayda istehsal olunan geyimlərdə 10 nəsli tükənməkdə olan heyvan seçilib və hər köynəkdən də həmin heyvanın dünyada qaldığı sayı qədər istehsal olunub.

10 heyvanın dünyada qalan sayları ilə cəmi 1775 geyim satışa çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır