Bayramlar ərəfəsində “Kapital Bank”ın 280 müştərisi 50 manat qazanıb

Ötən ay “Kapital Bank”ın MasterCard və Maestro kart sahibləri lotereyada iştirak ediblər.

BBN.az xəbər verir ki, 28 fevral 2018-ci il tarixinədək davam edən lotereyada, ümumilikdə 280 müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanıb.

Qaliblərin siyahısı “Kapital Bank”ın saytında dərc olunub. Siyahı ilə keçiddən tanış ola bilərsiniz.

Şərtlərə görə ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 20 AZN ödəniş edən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər.

Qeyd edək ki, MasterCard kartlarını “Kapital Bank” filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır