Milli Depozit Mərkəzinin Müşahidə Şurasının tərkibi müəyyənləşdirilib

Milli Depozit Mərkəzinin Müşahidə Şurasının yeni üzvlərdən ibarət tam tərkibi seçilib. Belə ki, 12 mart 2018-ci il tarixində  MDM-nin Müşahidə Şurasının iclası keçirilib.

BBN.az Mərkəzə istinadən xəbər verir ki, iclasda Cavid Nəzərov Müşahidə Şurasının sədri, Məhəmməd Həsənli, Orxan Bağırov, Tural Bayramov Müşahidə Şurasının üzvləri, Bəhruz Nağıyev isə Müşahidə Şurasının müstəqil üzvü seçilib.

     Müşahidə Şurasının iclasında həmçinin MDM-nin cari və qarşıda duran məsələləri müzakirə edilib. Eləcə də “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq MDM tərəfindən qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsinin və s. əsas istiqamətləri müəyyənləşdirilib.

Ətraflı məlumat üçün keçidə daxil olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır